Məsciddə futbol duası: “Rəqibin hücumunu ofsaydla kəs, Ya Rəbbi” – VİDEO
05.03.2020 11:23Türkiyənin Zonquldak bölgəsində sakinlər birici həvəskar liqada oynayan “Ereğlispor”un qalib gəlməsi üçün məscidə toplanıb dualar ediblər.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, sözügedən futbol klubu liqada ilk pillədə qərarlaşıb.
Klubun növbəti sezonu da lider kimi tamamlaması üçün Hacılar məscidində proqram təşkil edilib. “Ereğlispor” futbolçularının bəla və qəzalardan uzaq olması üçün məscid imamı belə dua edib:
“Futbolçuları qəza, bəlalardan uzaq et, matçlarda güc-qüvvət ver, zədələnmələrdən, sıxıntılardan mühafizə et, rəqibin hücumlarını ofsaydla kəs ya Rəbbi. Bu qardaşlarımızın vurduğu toplar qol olsun, hər matçda 3 xal nəsibləri olsun”.
Həmin görüntüləri sizə təqdim edirik:
Nərmin Kərim, A24.Az

