Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Məscidlərdə namazdan sonra yaşlılara idman etdiriləcək

05.03.2020 11:24

Kütahyada 3 universitet tələbəsi Cəmiyyətə Xidmət Göstərmək dərsləri çərçivəsində hazırladıqları “5 vaxt namaz bir vaxt idman” layihəsiylə məscid camaatına namazdan sonra idman etdirəcəklər.

Об этом сообщает Футляр от виолончели

Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, Dumlupınar Universiteti (DPÜ) Bədən tərbiyəsi və İdman Müəllimliyi bölümündə təhsil alan 3 tələbə məscidlərdə xüsusilə də yaşlı insanlara namazdan sonra yüngül məşqlər etdirir.

Artıq gənc tələbələr Məscidi-Əqsaya gələn insanlara namazdan sonra idman etdirir. Bununla yanaşı yaxınlıqda yerləşən daha 4 məsciddə də layihəni həyata keçirdiklərini deyirlər. Layihənin məqsədi əsasən yaşlı insanlara idman etdirərək onların sağlam həyat yaşamalarına təkan verməkdir. Artıq bir aydır davam edən layihə Diyanət İşləri və Müftilər Şurası tərəfindən dəstəklənir.

“Bu istiqamətdə işlərimizi davam etdirəcək və yaşlı insanlara idmanı sevdirəcəyik. Bununla  da vətənimizə və millətimizə xeyirli olmağa çalışacağıq, inşallah”, deyə layihənin təşkilatçılarından Oğuzhan Buluşlu bildirib.

Firuzə Alimova / A24.az