Meşələrin icarə müddəti dəyişdiriləcək
05.03.2020 11:24Azərbaycanda meşə və qeyri-meşə sahələrinin bərpa məqsədi ilə icarəyə verilməsi müddətinin uzadılması təklif olunur.
Об этом сообщает Руспрес
Saytımızın məlumatına görə bu, Milli Məclisin aqrar siyasət komitəsinin iclasında müzakirə olunan Meşə Məcəlləsinə dəyişikliklər layihəsində nəzərdə tutulub.
Dəyişikliklərə əsasən, bu əraziləri 1 ildən 49 ilədək icarəyə verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, hazırkı qanunvericiliyə görə, meşə və qeyri-meşə sahələri 1 ildən 10 ilədək sahibkarlara icarəyə verilə bilər.

