Məşhur aktrisa boşanmasından ilk dəfə danışdı
05.03.2020 11:24Ancelina Coli boşandıqdan sonra ilk dəfə açıqlama verib.
Об этом сообщает Руспрес
A24.Az xarici KİV-lərə istinadən xəbər verir ki, amerikalı aktrisa, Hollivudun məşhur ulduzu Ancelina Coli Bred Pittdən ayrıldıqdan sonra mətbuata danışmaq istəmirdi.
O, səssizliyini nəhayət ki, pozub. Belə ki, müğənni Kambocada qala gecəsi təşkil edilən, rejissoru olduğu “First They Killed My Father” (“Öncə atamı öldürdülər”) filminə uşaqları ilə birlikdə qatılıb.
Ancelina Coli filmin qala gecəsində BBC-yə müsahibə verərkən kədərli olduğunu qeyd edib:
“Əslində bu mövzu haqqında çox danışmaq istəmirəm. Amma onu deyə bilərəm ki, bu, çox çətin bir prosesdir və biz hər zaman bir ailə olmağa davam edəcəyik”.
Boşanması ilə bağlı danışarkən göz yaşlarını çətinliklə saxlayan Coli “Təkcə mənim üçün yox, bütün ailəmiz üçün çətin zamanlardır. Başıma gələn bu vəziyyətdən çıxmağa çalışacam. Bundan sonra uşaqlarıma, uşaqlarımıza daha çox diqqət etməyə çalışacam. Bizi bir ailə olaraq daha güclü və daha yaxın tutacaq yol tapmaq üçün səy göstərirəm”, -deyə qeyd edib.

