Məşhur aktrisa evində ölü tapıldı
05.03.2020 11:24Məşhur aktrisa Mary Tsoni ilə bağlı üzücü xəbər yayılıb.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, Yunanıstan müstəqil kinosunun qabaqcıl rejissorlarından Yorqos Lanthimosun Oskar-a namizədi filmi “Dogtooth”un baş rol ifaçısı Mary Tsoni evində ölü tapılıb.
Yunanıstan mətbuatına əks olunan xəbərlərdə 30 yaşlı aktrisanın bir müddətdir depressiyada olduğu və psixoloji müalicə aldığı deyilir.
Qeyd edək ki, Tsoni, Angeliki Papoulia ilə birlikdə “Sarayevo” Film Festivalında “Ən Yaxşı Xarici Qadın Aktrisa” mükafatını qazanmışdı. Tsoni Yunanıstanın ən məşhur qadın aktrisalarından idi.

