Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Məşhur azərbaycanlı modelin həbsxana həyatı – VİDEO

05.03.2020 11:24

Bir vaxtlar foto-model kimi tanınan Qalina Babayeva artıq 4 ildir ki, həbsxana divarları arasında azadlığa çıxacağı günü gözləyir.

Об этом сообщает Роспрес

Saytımız “femida.az”a istinadən xəbər verir ki, vaxtilə podiumların əsas simalarından olan Qalina, həm də 2002-ci ildə Türkiyə keçirilən gözəllik müsabiqəsinin qalibi olub.

Hələ 16 yaşı olarkən ad günündə ata-anasını yol qəzasında itirən Qalina iki dəfə ailə həyatı qurub. İkinci həyat yoldaşı narkotik aludəçisi olduğundan Qalina da bir müddət sonra narkotik qəbul etməyə başlayır. Özünün dediyinə görə, o, 3 il narkotik vasitə qəbul edib.

Qalina Babayeva törətdiyi oğurluq cinayətinə görə 2013-cü ildə məhkəmənin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Saytımız modelin həyatını əks etdirən videokadrı oxuculara təqdim edir: