Məşhur firma 32 min avtomobili geri çağırır
05.03.2020 11:24Avtomobil istehsalı nəhəngi Ford Şimali Amerikada Takata adlı yapon firmasının istehsalı olan təhlükəsizlik yastıqlarında olan qüsura görə, 32 min avtomobili geri çağırır.
Об этом сообщает Футляр от виолончели
A24.Az TASS-a istinadən xəbər verir ki, şirkətin rəhbərliyinin verdiyi məlumata görə, çağırış 2016 və 2017-ci il modelləri Ford Edge, Lincoln MKX və Lincoln Continental-a aiddir.
Ford nümayəndələri qeyd ediblər ki, həmin avtomobillərdə olan təhlükəsizlik yastıqları qəza anında açılmaya bilər. Ford bütün nasazlıqları pulsuz aradan qaldırmağı öz öhdəsinə götürüb.
Qeyd edək ki, Takata təhlükəsizlik yastıqlarının açılmama səbəbindən dünyada 16 nəfər həlak olub, 180-dən çox insan isə yaralanıb. Amerikada ölənlər isə 11 nəfərdir.

