Məşhur futbol klubu son 9 ilin ən böyük məğlubiyyətini yaşadı – VİDEO
05.03.2020 11:24“Everton” futbol üzrə İngiltərə çempionatının 21-ci turu çərçivəsində doğma meydanda “Mançester Siti”ni 4:0 hesabı ilə darmadağın edib.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, qolları Romelu Lukaku (34), Kevin Miralyas (47), Tom Devis (79) və Ademola Lukman (94) vurub.
“Mançester Siti” milli birincilikdə sonuncu dəfə 4 və daha çox top fərqi ilə 11 may 2008-ci il tarixində uduzub. Həmin vaxt “Midlsbro” “şəhərlilər”i 8:1 hesabı ilə məğlub edib.
Hazırda “Mançester Siti” 42 xalla turnir cədvəlində 5-ci yerdə qərarlaşıb. “Everton” aktivində 33 xalla 7-ci yerdədir.
Yanvarın 21-də keçiriləcək növbəti turda Hosep Qvardiolanın yetirmələri evdə Londonun “Tottenhem” komandası, “Everton” isə həmin gün səfərdə “Kristal Pelas” klubu ilə qarşılaşacaq.

