Məşhur hind aktyoru vəfat etdi
05.03.2020 11:25Hindistanın tanınmış aktyoru Om Puri dünyasını dəyişib.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, aktyor yanvarın 5-də Mumbayda 66 yaşında vəfat edib. Ailə üzvləri Om Purinin ürək tutmasından öldüyünü bildirib.
Aktyor kimi 80-ci illərdən karyeraya başlayan sənətçi Hind filmlərində əsas obrazlarda çıxış edib. O, “Yürüş”, “Yaralıların fəryadı”, “Cərəyan”, “Canavar”, “Şərq Şərqdir”, “Şifrə 46” və s. filmlərdə əsas obrazları yaradıb.
Om Puri çoxsaylı ingilis filminə də çəkilib və 2004-cü ildə Britaniya kino sənayesinə verdiyi töhfələrə görə OBE kino mükafatına layiq görülüb.

