Məşhur iş adamı “Avropanın Fətullah Güləni” adlandırıldı
05.03.2020 11:25Macarıstanın prestijli siyasi qəzetlərindən olan “Magyar İdok”da dərc edilən məqalədə amerikalı məşhur iş adamı Corc Sorosun fəaliyyəti FETO lideri Fətullah Gülənin fəaliyyətinə bənzədilib.
Об этом сообщает Роспрес
Saytımız Türkiyə KİV-nə istinadən xəbər verir ki, macar vəkil Yanos Somogi “Avropanın Fətullah Güləni, Corc Soros” başlığı ilə “Magyar İdok” qəzetində Macarıstan üçün Soros təhlükəsini FETO lideri Gülənə bənzədən məqalə yazıb. Somogi Gülənlə Soros arasında böyük bənzərliklərin olduğunu, hər ikisinin qurduğu şəbəkənin uyğun olduğunu qeyd edib. Milyarder Sorosun öz pulları ilə kifayətlənmədiyini, siyasi təsir əldə edərək ölkələrin və xalqların gələcəyilə bağlı qərar vermək istədiyini bildirən Somogi deyib: “Soros tərəfindən idarə edilən şəbəkə, Fətullah Gülən hərəkatı və şəbəkəsilə böyük oxşarlıqlara malikdir. Həm Gülən, həm də Soros təhsil və ideologiyaya böyük əhəmiyyət verir, məqsədlərini həyata keçirmək üçün şəbəkələrini qururlar”.
Macarıstanda hökumət, macar əsilli amerikalı məşhur sərmayəçi Corc Sorosun qeyri-hökumət təşkilatlarından yerli idarəetmə orqanlarına diktə etdirmək üçün istifadə etdiyini iddia edir.

