Məşhur ispan nəşri “Qarabağ”i erməni klubu adlandırdı
05.03.2020 11:25İspaniyanın məşhur “Mundo Deportivo” idman nəşri kobud səhv buraxıb.
Об этом сообщает Футляр от виолончели
A24.az Oxu.az-a istinadən xəbər verir ki, nəşr “Atletiko”nun futbolçusu Yannik Karraskos haqda dərc etdiyi yazıda Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ”ı “erməni klubu” adlandırıb.
“”Çolo”nun uşaqları (“Atletiko”nun baş məşqçisi Dieqo Simeonun ləqəbi – qeyd.) ötən gecə erməni “Qarabağ”ına qarşı oynadı – hansı ki, kağız üzərində tamamilə keçilən görünürdü. Ancaq “Atletiko” qol vura bilmədi, Avropada ikinci dəfə heç-heçə oynadı və bununla da öz pərəstişkarlarını məyus etdi”, – yazıda bildirilir.
Xatırladaq ki, “Qarabağ”-“Atletiko” matçı – çərşənbə günü Bakı Olimpiya Stadionunda oynanılıb və qolsuz bərabərliklə yekunlaşıb.

