Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Məşhur kitab mağazasından növbəti qalmaqallı addım – Kitab rəfində pivə satılır

05.03.2020 11:25

Azərbaycanın ən məşhur kitab mağazaları şəbəkəsi olan “Əli və Nino” növbəti dəfə neqativ müstəvidə gündəmdədir.
A24.Az xəbər verir ki, bu dəfə kitab mağazası Azərbaycanda rast gəlinməyən başqa bir addım atıb. Beləki mağazada kitab rəflərində kitabla yanaşı pivə satılır. Bu addım qanunla qadağan olunmasa da, ilk baxışdan belə təzadlı görünür. Az qala müqəddəs məfhum olaraq qəbul etdiyimiz kitab rəflərində spirtli içki satışının məntiqi izahı olmadığı da aydındır.
Onu da bildirək ki, mağaza müəllimlər gününə hazırladığı posterlə də diqqətləri özünə çəkmişdi. Həmin gün “Əli və Nino”nun posterində müəllim şəkli pornofilm obrazına bənzər təqdim edilmişdi. Ardınca mağaza bunu montajçının səhvi kimi təqdim etmişdi.

Об этом сообщает Роспрес