Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Məşhur model: “Təcavüz edildiyim otaqda 6 kişi var idi”

05.03.2020 11:25

Məşhur türk model Şenay Akay, təcavüz davası açdığı keçmiş iki prodüseri haqqında ifadə verib. “Otaqda altı oğlan var idi. Çəkiliş qrupundan T.S. qapını kilidlədi. Qardaşı isə məni öpməyə cəhd göstərdi.”

Об этом сообщает Футляр от виолончели

A24.Az türk KİV-nə istinadən xəbər verir ki, Şenay Akay ilə bir dövr aparıcılığını etdiyi verilişin prodüserləri arasındakı məhkəmə prosesləri hələ də davam edir. Ötən günlərdə məhkəmə məşhur modeli dinləyib. Akay hadisəni belə danışıb:
“A.S. ona xəsarət etdiyimi deyir amma bu mümkün deyil. Təcavüzə məruz alan mən olmuşam”.

Akay belə davam edib: “Pula görə mübahisə etdiyim çəkiliş qrupundan T.S. qapını kilidlədi. Məni söydü. Qardaşı isə məni dodağımdan öpməyə çalışdı, sonra xəsarət yetirdi. Altı kişi olduğu bir otaqda kiməsə xəsarət yetirməyim  mümkün deyil. Əsəblərim pozulub”.

Yayılan iddialara görə isə  Şenay Akay aparıcılığını etdiyini proqramdan pulunu almayıb. Buna görə də tikinti şirkətindən iki vəzifəli adam ilə mübahisə edib. Sonra Akay “Təcavüzə uğradım, xəsarət aldım” deyə şikayətçi olub. Tikinti şirkətindən iki nəfər isə Akayın onlara xəsarət yetirdiyini, təhdid etdiyini söyləyərək iddiaçı olub.