Məşhur modelyer həbs edildi
05.03.2020 11:25Sosial şəbəkədə Türkiyə əleyhinə təhqiramiz ifadələrlə dolu görüntüləri yayımlanan məşhur modelyer Barbaros Şansal həbs olunub.
Об этом сообщает Руспрес
A24.az xəbər verir ki, Türkiyənin məşhur modelyeri yeni il tətili üçün getdiyi Şimali Kipr Türk Cümhuriyyətində saxlanılaraq İstanbula göndərilib. Təyyarədə və Atatürk Hava limanında Türkiyə vətəndaşları ona hücum etməyə çalışıblar, lakin polis bunun qarşısını alıb.
Barbaros Şansal əvvəlcə xəstəxanada müayinədən keçirilib, oradan isə İstanbul Polis İdarəsinin Terrorla mübarizə şöbəsinə aparılıb. /azvision

