Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Məşhur müğənnilər geyimlərini haradan və neçəyə alır? – Qiymətləri canlı yayımda açıqladılar – VİDEO

05.03.2020 11:25

Əməkdar artist Elnarə Abdullayeva geyimlərinin qiymətlərindən danışıb.

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki, müğənni Xəzər TV-də “5-də 5” verlişində qonaq olub. Proqramın aparıcısı Zaur Kamal müğənnidən ən bahalı paltarını haradan və neçəyə aldığını soruşub. Müğənni isə bahalı paltar geyinmədiyini deyib.

“Paltarlarımı Türkiyədən də alıram, Binədən də, Sədərəkdən də. İndi əynimdə olan paltarı Sədərəkdən almışam. Təxminən 300-400 manat qiyməti var. Adam var deyir ki, mən 5 minlik paltar geyinirəm. Vallah mən qələt edərəm. Məndə o qədər pul yoxdur. Min dənə dərdim var. Durum yalandan deyim ki, filan qiymətə alıram? O pulu mənə kim gətirir verir?! Bir gün toya gedim, o pulu da gətirim paltara verim?”, – deyə o bildirib.

Xatırladaq ki, bir neçə gün öncə Zaur eyni sualı müğənni Mətanət Əsədovaya da ünvanlamışdı. M.Əsədova indiyədək ən bahalı paltarının qiymətinin 12 min manat olduğunu demişdi.