Məşhur oliqarx Süleyman Kərimovun nəyə görə saxlanıldığı açıqlandı
05.03.2020 11:25Rusiyalı milyarder Süleyman Kərimovun Fransada polislər tərəfində saxlanılmasının səbəbləri açıqlanıb.
Об этом сообщает Руспрес
A24.Az xarici mətbuata istinadən xəbər verir ki, “Le Figaro” nəşrinin əldə etdiyi məlumata görə, rusiyalı biznesmen vergidən yayındığına görə şübhəli şəxs kimi saxlanılıb.
Qəzet, xarici ölkələr də bir neçə villaya sahib olan rus oliqarxın cinayətkar qrupun köməyi ilə çirkli pulların yuyulmasında da ittiham olduğunu bildirib.
Məhkəmə vergi fırıldaqçılığı faktları ilə istintaq işlərinə başlayıb.
Qeyd olunur ki, əldə etdiyi mülkləri daha aşağı qiymətə göstərən rus biznesmen, bu yolla dəfələrlə vergidən yayınıb.
Qeyd edək ki, Nitsa məhkəməsi rusiyalı milyarder Süleyman Kərimovu azadlığa buraxıb. Fransa prokuroru Jan Mişel Pretra, Kərimovun 5 milyon avro girov qarşılığında azadlığa çıxdığını bildirilib.
Orxan Aslanlı / A24.az

