Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Məşhur restoranının sahibi: “Restoranın adının 26 Bakı Komissarları ilə heç bir əlaqəsi yoxdur”

05.03.2020 11:25

“Bakını tutmaq, Rusiyanı neftdən məhrum eləmək, inqilabı boğmaq. Bax budur ingilis imperializminin məqsədi. Siz necə inqilabçısınız, üstəlik də sosialistçisiniz ki, belə bir çətin vaxtda inqilabi vicdansızcasına satırsınız, cənab Saçkovski. Bir yerdə ki, bizim öz aramızda parçalanma var, bizi heçnə xilas edə bilməz. Hər şeydən əvvəl birlik lazımdır. Şuranın içərisindəki ziddiyyətlərə, stol davasına son qoymalıyıq.” 

Об этом сообщает Роспрес

Bu ifadə 1932-ci ildə çəkilmiş “26lar” adlı filmdəndir. Film Bakı komissarlarının həyat və inqilabi fəaliyyətindən, onların Azərbaycanda kommuna yaratmaq səylərindən və kommunanın süqutundan danışır.

26 Bakı komissarları kimdir? Niyə yaradılıb və onların missiyası nədən ibarət idi?

Tərkibində bolşeviklər və solçular olan “Xalq Komissarları Soveti (XKS) 1918-ci ildə Bakıda mart soyqırımından sonra hakimiyyətə gəlirlər. Bu sovet 25 aprel 1918-ci ildə yaradılmışdır. Sovetin sədri o vaxt Qafqaz fövqəladə işləri üzrə icraçı və Bakı şurasının sədri olan Stepan Şaumyan idi.

Öncə “26-lar” rəqəminə aydınlıq gətirmək lazımdır. Doğrudanmı 26 nəfərin hamısı Bakı komissarı olmuşdu? Bəs görəsən qətlə yetirilənlər, daha doğrusu “26-lar” sırasında komissarların hamısı var idimi? S.Şaumyan, P.Caparidze, İ.Fioletov, M.H.Vəzirov, Y.Zevin, Q.Korqanov Bakı Xalq Komissarları Sovetinin əsas komissarları postunu tutmuşdular. Yəni, “26-lar”dan cəmi 6 nəfəri “həqiqi” sabiq komissar statusunda olmuşdur. M.Əzizbəyov isə 1918-ci ilin qanlı mart günlərində Bakı şəhərinin dağlıq hissəsinə mühafizə komissarı təyin edilmiş, Bakı XKS-nin tərkibinə quberniya komissarı kimi daxil olmuş, həmçinin xalq daxili işlər komissarının müavini təyin edilmişdi.

Bakıda Sahil metrostansiyasının yaxınlığında, Xaqani küçəsində Sahil bağı (köhnə adı “26lar” bağıdır) adlanan ərazidə “26” adlı restoran fəaliyyət göstərir. Bəs görəsən, belə bir keçmiş adda olan ərazidə eyni adla məkan niyə açılıb?

Tarixçi Dilavər Əzimli sosial şəbəkədə Azərbaycanda bu adda ictimai-iaşə obyektinin açılmasına görə, paylaşım edərək, tənqid edib:

“Bu, nədir? Bura Ermənistandırmı? Bu restoran  kimindir? Bunların arxasında hansı şəbəkə dayanır? Bu, lap ağ etmək oldu. Azərbaycan xalqını qanına qəltan edən 26-lara Bakının mərkəzində restoran açılıb. Buna görə biz hüquq-mühafizə orqanlarından açıqlama tələb etməliyik. Bu ada açıqlama gətirilməlidir. Bunu edənlər bu dərəcədəmi həddi aşdılar? Dağlıq Qarabağda erməni məskunlaşması gedir. Bakıda da 26-lar restoranı açılır. Bu məsələ kimsəni ilgiləndirmir. Bu dərəcədəmi zəlil olduq? Düzü, məəttəl qalıram. Bəzən bu millətə şübhə ilə baxıram!”

A24.az olaraq, həmin ərazidə yerləşən restoranın sahibi Ramin Məmmədovla əlaqə saxladıq. 

Restoran sahibi tarixçinin səsləndirdiyi fikirlərin əsassız olduğunu və məkanın adının tarixi hadisəylə heç bir əlaqəsi olmadığını deyib:

“Bizim məkanın adının 26 Bakı Komissarları ilə heç bir əlaqəsi yoxdur. Ərazi kimi deyə bilərsiniz ki, Sahil bağının əvvəlki adı “26lar” bağı olub.  Restorana bu adı qoymağım heç də 26-ları təbliğ etməyimlə bağlı deyil. Restoranı açanda yaşım 26 olduğu üçün, həmçinin, maşınımın nömrəsinin son rəqəmi 26 olduğuna görə restorana bu adı vermişəm. Oktyabr ayında bu adı başqa adla əvəzləyəcəyik. Hətta sənədlərlə də sübut edə bilərəm.

Lakin onunla söhbətimizdə həmin sənədlərə baxmaq üçün məkana gəlmək istədiyimizi desək də razı olmadı.

“Mənim buna ayıracaq vaxtım yoxdur. Heç kimə heçnəyi sübut etmək məcburiyyətində deyiləm. Həm Azərbaycanda 26 rəqəmi qadağan edilməyib ki, bu adda restoran açmayaq. Ona qalsa, ölkədə 26 saylı məktəb var, onda onu da bağlayaq.”

Elvin Paşazadə