Məşhur şəkili çəkən fotoqraf təqaüdə çıxır – Həmin FOTO
05.03.2020 11:25Associated Press Agentliyinin (AP) Pulitser mükafatı laureatı olan fotoqrafı 65 yaşlı Nik Ut martın sonunda təqaüdə çıxacaq.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, onu dünyada məşhur edən və mükafat almağına səbəb olan şəkil “Napalm Qızı” deyə tanınan və Vyetnam Müharibəsi zamanı yanmış bədəni ilə çılpaq qaçan 9 yaşlı qız uşağını əks etdirir.
Fotoşəkilin adı “Vyetnama atılan napalm bombaları”dır. Nik Utun 1972-ci ildə hələ 21 yaşında çəkdiyi bu fotoşəkil dünyanın diqqətinin Vyetnama cəmləşməsində böyük rol oynayıb.

