Məşhur sənətkarımızın evindən dəhşətli görüntülər yayıldı
05.03.2020 11:25Ömrünü sənətə qurban verən sənətkarın vəziyyəti izləyənləri dəhşətə gətirir.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, “Lalə” qızlar ansamblının keçmiş solisti Elmira Əliyevanın evində vəziyyət dözülməzdir. 76 yaşlı sənətkarın 2 subay oğlu var. Onları evləndirə bilməyən ana bu gün hər kəsdən kömək istəyir. Elmira xanımın sözlərinə görə, bir neçə millət vəkili şəxsən ona yardım edilməsi üçün müvafiq orqanlara məktub yazıb, nəticəsi olmayıb.
Hazırda sənətçinin evində siçovullar dolaşır, elektrik naqilləri ölüm təhlükəsi saçır. Üstəlik də evin tavanı bir neçə yerdən damır. Elmira Əliyevanın evindən acınacaqlı görüntüləri təqdim edirik

