Məşhur şirkətdə böhran – 6900 işçi ixtisara düşəcək
05.03.2020 11:25Dünyanın ən böyük şirkətlərindən olan “Siemens” konserni (Almaniya) iş yerlərini əhəmiyyətli dərəcədə ixtisar etmək niyyətindədir.
Об этом сообщает Футляр от виолончели
A24.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət dünya üzrə 6900 işçisini ixtisara salacağını açıqlayıb.
İxtisarların əsas hissəsi energetika avadanlığı istehsal edən sahələrə düşür. Burada 6100 nəfər işsiz qalacaq. Elektroavadanlıq istehsalı sahəsindəki müəssisələrdə isə 760 nəfər işdən çıxarılacaq.
Bundan başqa, şirkətin Almaniyanın müxtəlif şəhərlərindəki bəzi şöbələri də fəaliyyətini dayandıracaq. Belə ki, ümumilikdə 920 işçinin çalışdığı Qörlits və Leyptsiq şəhərlərindəki şöbələr bağlanacaq. Erlangen və Ofenbax şəhərlərindəki şöbələr isə birləşdiriləcək.
“Siemens”in kadrlar departamentinin rəhbəri Yanina Kuqel deyib: “İstehsal güclərinin ixtisarlarının mümkün qədər ehtiyatlı, yumşaq və uzunmüddətli olması üçün konsern əlindən gələni edəcək”.
Qeyd edək ki, şirkətin dünya üzrə 46 min 800 işçisi var.

