Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Məşhur taksi şirkətini aldığı deyilən Əhəd Abıyev təhqir etdi – “Onu deyənin… kamaz şoferiyəm, nəyəm?”

05.03.2020 11:26

Azərbaycanda fəaliyyət göstərən məşhur *9933 taksi şirkəti satılması haqda məlumat yayılıb.

Об этом сообщает Роспрес

Sözügedən şirkət *2424 taksi şirkəti tərəfindən alınaraq, birləşdirilib. Birləşdirilmədən sonra şirkət “Aztaksi” adı ilə fəaliyyətə başlayacaq. Artıq müştərilərə “Aztaksi” adı ilə mesajlar da göndərilir.

Qeyd edək ki, *2424 və “Aztaksi” şirkətlərinin Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyevə məxsus olduğu bildirilir. Hər iki şirkətə Ə.Abıyev öz yaxın adamlarını rəhbər təyin edib.

A24.az olaraq məsələ ilə bağlı Ə.Abıyevdən açıqlama aldıq. O, məlumatın yanlış olduğunu və elə bir taksi şirkətinin olmadığını bildirdi.

“Mənim haqqımda bu yalan məlumatı yayan başından böyük “səhv” edir. Hansısa müxbir araşdırmadan haqqımda məlumat yayır. Sonra mənə zəng edib, əsəbləşdirirlər. Haqqımda bu məlumatı yayanı… kamaz şoferiyəm, nəyəm?(Etik qaydaları gözləmək məcburiyyətindəyik-red.) Necə deyirəm elə də yaz. Mən dövlət qulluqçusuyam. Taksi şirkəti nəyimə lazımdır? Şükür, öz vəzifəm var. Bu, mənə bəs edir.”

Sözügedən xəbərlə bağlı ilk informasiyanı olke.az yayıb.

Elvin Paşazadə