Məşhur uroloqdan açıqlama: “Bakıda həftədə azı 5 ailə oğlan övladlarının cinsiyyət üzvlərini yoxlatdırır”
05.03.2020 11:26Məşhur uroloq, androloq Vasif İsmayıl Azərbaycanlı ailələrin narahat olduğu məsələni gündəmə gətirib.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, uroloq qeyd edib ki, hər həftə ən azı 5 ailə yaşları 7-dən 14-ə qədər olan oğlan övladlarını gətirib xarici cinsiyyət üzvlərini yoxlatdırır. “Yaxşı şeydir. Amma bir “əmma”sı var: valideynləri ancaq ölçüləri maraqlandırır. Guya vaxtında dərman verməklə daha da böyütmək olarmış. Cinsiyyət üzvünün böyüklüyünə görə narahat olmayın. Təbiət özü lazımi qədər böyüdəcək. Cinsiyyət üzvünün böyüklüyü ilə cinsi performans arasında əlaqə yox deyəcək qədər azdır. Yataqda və həyatda kişini qadının gözündə yüksəldən əldə olan “materialı” işlətmək bacarığıdır. Buna isə zirəklik və intellekt lazımdır”.
O, valideynləri daha çox övladlarının təhsilinə, tərbiyəsinə fikir verməyə çağırıb.

