Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Məşhurlar gənc yazarın kitab təqdimatında

05.03.2020 11:26

Gənc yazar Gülay Hüseynova ilk kitabını təqdim edib.

Об этом сообщает Руспрес

“P.S. Zaten boyun da küçüktü” adlanan kitab, Gülayın ilk işi olmasına baxmayaraq insanların diqqətini cəlb edə bilmişd. Qeyd edək ki, Gülay “Media Fm”-in aparıcısı və gənc aktrisadır. Bu günə qədər “Ləkə”, “Həyat çiçəyi”, “Tufanlı səma”, “Bizim Əhməd hanı?” kimi seriallarda və filmlərdə rol alan Gülayın kitab təqdimatına gələn şou nümayəndələri arasında, tanınmış rejissor Kənan Mahmudov, aktyor Anar Heybətov, Rövşən Ağayev, aparıcılar Aygün Akif, Azər Şirin, Elvira İsmayılova, Alidə Mustafayeva, var idi.

Gülay ilk kitabı haqda “a24.az”a danışıb: “Kitabın janrı romantik komediya olduğuna görə qəhrəmanım Yaya dəli-dolu, çılğın, romantik,həssas və ən əsası çox xəyalpərəst biridir. Bu barədə obrazımla ortaq cəhətlərimiz çoxdur. Ancaq bütün bunlara baxmayaraq, lazımı məqamlarda ağıllı addımlar atmağı, düzgün qərarlar qəbul etməyi də bacarır. Kitabda günümüzün ən aktual məsələsi olan sosial şəbəkələrdə yaranan sevgilərdən bəhs olunur. Kilometrlərlə uzaqdan ən saf, ən təmiz və platonik bir sevgi hekayəsindən söz açılır. Qəhrəmanlarımdan biri azərbaycanlı, digəri türkiyəlidir. Hadisələr Bakı və İstanbulda cərəyan edir. Bir də romanın ən şirin məqamı bəzi bölümlərdə Qaradəniz şivəsinin olmasıdır. Kitabın üz qabığı üstündə həftələrlə düşünmüşəm. Mövzudan uzaqlaşmamaq, xarakteri düzgün təsvir etmək, sevdiyim məkanları, atributları, rəngləri vəs hamısını bir arada görmək heç də asan başa gəlmədi. Nəticədə kitabın üz qapağı və redaktəsi Türkiyədə hazırlandı. Onu qeyd edim ki, bu kitabı yazanda bir şeydən əmin idim ki, hamı özündən bir bənzərlik tapacaq. Gözlədiyimdən artığı oldu. Bir çox oxuyucular dedi ki, tamami ilə kitabda özümü tapdım.”

Новости

Теги