Məşhurlar öz “Oskar”larını harada saxlayırlar? – Gizli araşdırma
05.03.2020 11:26Fevralın 26-da Los-Ancelesdə 89-cu “Oskar” mükafatlandırma mərasimi baş tutacaq.
Об этом сообщает Роспрес
A24.Az portalı buro247.az-a istinadən aktyorların öz heykəlciklərini harada saxladıqlarını təqdim edir:
Ötən il “Sağ qalmış” filmindəki roluna görə “Ən yaxşı kişi rolu” nominasiyasında “Oskar” mükafatı qazanan Leonardo di Kapriodan başlayaq. Hollivudun ən yaraşıqlı aktyoru həyatındakı ilk “Oskar”ı mərasimdən sonra keçirilən tədbirdə unudub. Bir neçə saat sonra o, mükafatın dalınca gəlib və hazırda heykəlcik Di Kaprionun evinin qonaq otağındadır.
Aktyor Rassel Krou “Oskar”a “Qladiator” filmindəki roluna görə layi görülüb. Krou bildirir ki, mükafat onun Avstraliyadakı fermasında toyuq hinindədir. “Mən hesab edirəm ki, məhz ona görə toyuqlarım daha tez-tez yumurta qoyurlar”, – deyə aktyor bildirib.
Aktrisa Riz Uizerspun ilk “Oskar”ını 2006-cı ildə “Həddi aşmaq” filminə görə alıb. Aktrisa bir neçə dəfə bildirib ki, ondan qapı dəstəyi etmək istəyirdi, ancaq heykəlciyin möhkəm olmamasına görə bu fikirdən daşınıb. Uizerspun tez-tez öz mükafatı üçün yeni qeyri-adi məkanlar fikirləşir. Məsələn, heykəlciyi şampan üçün buzun saxlanıldığı vedrəyə qoyur.
Aktrisa Keyt Uinslet 2009-cu ildə “Qiraətçi” filminə görə “Oskar” qazanıb. Heykəlcik onun evində – qonaqlar üçün vanna otağında saxlanılır.
“Thirty Seconds to Mars” qrupunun vokalçısı və aktyor Cared Leto “Oskar” mükafatına 2014-cü ildə “Dallas alıcılar klubu” dramındakı roluna görə layiq görülüb. Mərasimdən sonra o, təsadüfən heykəlciyi sındırıb, ancaq daha sonra onu əvvəlki vəziyyətinə qaytara bilib. İndi “Oskar” heykəlciyi Caredin evinin mətbəxindədir.
Bütün nominantlar arasında yeganə aktyor Tom Henksdir ki, “Oskar” heykəlciyini futbol mükafatları ilə bir sıraya qoyub.

