Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Məşhurlarımız 20 Yanvar gününü necə xatırlayır? – ARAŞDIRMA

05.03.2020 11:26

Hüzn…Susqunluq… Bakı küçələrindən gələn qan iyi… Baxışlardan hiss olunur ki, 20 Yanvar qətliamına saatlar qalıb.

Об этом сообщает Роспрес

20.01.1990 Azərbaycan müstəqilliyinin qanla yazıldığı tarixdir. Hər bir ölkə vətəndaşı bu günün əhəmiyyətini dərk edir. Azərbaycan incəsənətinin tanınmış simaları da bu tarixi, hadisə ilə bağlı öz xatirələrini, təəssüratlarını A24.az redaksiyası ilə bölüşüb:

Cavanşir Quliyev: “20 yanvar günü mən də yollarda, meydanda idim. Bu gün Azərbaycan xalqının matəm günüdür. Azadlıq uğrunda qurbanlar verdiyimiz hadisədir. Unutmaq qeyri-mümkündür o anları. Mən bildiyiniz kimi, 11 ildir Azərbaycanda yaşamıram. Buna baxmayaraq ara-sıra Şəhidlər Xiyabanına gedirəm. 20 Yanvar günü xiyabana getməyəcəyəm. Çünki basabas olur. Mənim də ayaqlarımda problem var deyə çox otur-dur edə bilmirəm. Bir neçə gündən sonra isə mütləq ziyarətə gedəcəyəm. ”

Aşıq Samirə: “Allah millətimizə bir də o günü qaytarmasın, göstərməsin. 90-cı ildə azyaşlı olsam da, çox şey yadımdadır. Biz həmin vaxt dəniz qırağında yaşayırdıq. Gəmilərin səsinin ətrafa saldığı vahimə hələ də yadımdadır. Anam nə qədər icazə verməsə, yalvarsa da, atam meydana gedirdi. Çox həyəcan, qorxu keçirdirdik. Şəhidləri ziyarətə ilk dəfə məni məktədən apardılar. Müharibəni həmişə televiziyalarda, ədəbiyyatlarda görürdük, bu səbəbdən dəhşətə qapılmışdıq. Uşaq kimi mənim psixologiyama 20 Yanvar hadisələri ciddi təsir etdi. 1 günün içərisində böyüdük, uşaqlığımız bizi tərk etdi. Allah bir də o günləri göstərməsin, şəhidlərimizə rəhmət etsin. Qızımla birlikdə şəhidlərimizi də ziyarətə gedəcəyik. Allah bizə qələbə günləri qismət etsin, o günlərimizi qeyd edək. Alllah eləsin, azadlığımız əlimizdən getməsin”.

Mədinə Məlik: “Tam səmimi danışacağam. Həmin vaxt xəstəxanada işləyirdim. Bütün səslər, siqnallar, hıçqırıqlar, bağırtılar- hamısı beynimdədir. 20 Yanvar günü hamımız küçələrə çıxıb ağlayırdıq. Hadisə günü xiyabana gedirəm desəm, yalan olar. Axın olmayan zaman isə rəhbəri olduğum”Kristal” qrupu ilə birlikdə şəhidlərimizi ziyarətə getmişik. Allah onlarə rəhmət eləsin”.

Natiq Şirinov (Natiq ritm qrupunun rəhbəri): “Xalqımızın ən kədərli günüdür. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. O gün olsun ki, inşallah, qanları yerdə qalmasın. Torpaqlarımızı geri alaq. Bu, bizim hamımızın, hər bir Azərbaycan sevənin arzusudur. Xalqın içərisindən çıxan sadə vətəndaş kimi, tanınmış şəxs kimi inanıram ki, ərazi bütövlüyümüz bərpa olunacaq. Elə mövzular var ki, mən onlar haqqında danışmaqdan qaçıram. 20 Yanvar elə mövzudur ki, canla başla hər zaman ağızdolusu danışmağa hazıram”.

Elza Seyidcahan : “Dünən 20 Yanvarla bağlı Bəstəkarlar İttifaqında aktyor və xanəndələr vasitəsilə Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcovun “Şəhidlər Marşı”, Azər Dadaşovun “20 Yanvar” simfoniyası, Rauf Əliyevin simfonik əsəri və başqa bəstəkarların da əsərləri səslənib. Mənim ifamda “Şəhidlər” balladasını Azərbaycan Dövlət Pantomima Teatrının bir qrup aktyoru səhədə canlandırıb. Həmin tədbirdə 20 Yanvarla bağlı xatirələrimizi paylaşdıq. Həmçinin, ayın 17-si N saylı həərbi hssədə 20 Yanvar hadisələri ilə bağlı tədbir keçirilib. Həmin tədbirdə “Şəhidlər” baladası BİH tərəfindən mükafatlandırılıb. Biz şəhidlərimizi heç zaman unutmuruq və unutmayacağıq. Kaşki, o günlər olmazdı və biz də bu əsərləri yazmazdıq. Artıq 2 əsrdir ki, düşmələrimiz Azərbaycana hücumlar edir. Təcavüzlərə daim məruz qalmışıq. Biz də, sənətkarlar kimi şəhidlərimiz üçün ümübəşəri əsərlər yazırıq. Onlar ölməzdirlər, ruhları daim yaşayır. Şəhidlərimizin axan qanı nəticəsində bu gün Azərbaycan bayrağı zirvələrdə dalğalanır. Allah rhmət eləsin, ruhları şad olsun”.

Vasif Məhərrəmli: “Bu hasisələrlə bağlı hamı eyni fikirdədir. O günlər indiki kimi yadımdadır. Hər şey gözümün önündə baş verdi. Mən də, Nərimanov tərəfdə küçədə idim (İndiki Heydər Əliyev prospekti tərəfdə). Güllə, top və avtomatlarla insanları biçə-biçə, güllələyərək gəlirdilər. Belə hadisələri kəskin pisləyirəm. O günün təsirindən hələ də çıxa bilmirəm. Əlbəttə ki, hər il olduğu kimi bu il də, xiyabana şəhidlərimizin məzarını ziyarətə gedəcəyəm”.

Elnarə Xəlilova : “20 Yanvar hadisələri yaşanan zaman uşaq idim. 10 yaşım var idi. Yaşım az idi deyə çox şey xatırlamıram, ancaq ağlımda qalıb ki, vəziyyət çox ağır idi. Atam gecə gec gəlirdi evə. Təsirindən necə çıxa bilərik ki, o günün?! Allah şəhidlərimizə rəhmət etsin, dövlətimizi qorusun”.

Firuzə İbadova: “20 Yanvarda dövlət televiziyasında Zeynəb Xanlarova Bəxtiyar Vahabzadənin “Qərənfil”lərini, mən isə Hacı Xanməmmədov və Əzizə Cəfərzadənin  “Şəhidlər ağısı”nı oxudum. Bu hadisənin reallıqları bütün dünyaya yayılmalıdır. İzləri xatirələrdən silinməyəcək. Bu, xalqımızın faciəsidir. Müstəqillik uğrunda Azərbaycan xalqı bir daha özünü sübut etdi. Bir daha göstərdi ki, heç zaman yıxılmır. Hər yaş qrupundan olan nə qədər insanlar dünyasını dəyişdi. Heç zaman unudula bilməz. Allah nəhlət etsin bizə paxıllıq edən, ölkəmizi gözü götürməyən insanlara. Biz mərd xalqıq. Bu, bizim faciəmizdir. 20 Yanvar günü bizə qan uddurdular, xalqımızı, alimlərimizi, ziyalılarımızı qırdılar. Xanməmmədov mənə zəng vurub deyəndə ki, Firuzə xanım, “Şəhidlər ağısı” poeması yazmışam, mən onu ifa etdim. Poema 10 dəqiqəyə yaxındır və “Qızıl Fond”da saxlanılır. Mən onu ürək ağrısıyla, göz yaşım axa-axa oxumuşam. Azərbaycanı tapdaladılar həmin gün. Allah millətimizə belə günlər yaşatmasın, Azərbaycanımızı qorusun”.

İlhamə Sultan