Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Məşhurların Qanlı Yanvar gecəsi ilə bağlı dəhşətli xatirələri

05.03.2020 11:26

“20 yanvar” faciəsinin il dönümü müxtəlif insanlarda müxtəlif xatirələr oyadır. Bəzi insanlar bu faciənin ildönümünə reaksiyasından, kimi də bu reaksiyaya olan iradlardan narazıdır.
A24.Az “Feysbuk”- da 20 yanvarla bağlı məşhur və sıravi vətəndaşların xatirələrini və statuslarını təqdim edir.

Об этом сообщает Роспрес

Rasim Müzəffərli – OZAN qrupunun üzvü

20.01.1990
“Kaspar” xəstəxanasında dostum Pərvizlə video-kameraya çəkdiyimiz ilk şəhidlər və sinəsindən güllələnmiş yeniyetmə qızın şokda olan anası, onun xəstəxananın dəhlizində heç kəsi özünə yaxın buraxmayaraq əsəbi halda öz-özünə “я завтра позвоню, я завтра позвоню Наджафу Наджафову, я всё, всё-всё ему скажу, пусть напишет…” deməsi və kameranı kənara qoyub onu qucaqlayıb ağlamağımız…

Faiq Ağayev – Müğənni

O zaman 18 yaşım var idi və mən hər şeyi çox gözəl xatırlayıram.
Evimiz “Salyan kazarması”nın lap yaxınlığında yerləşirdi. Böyük qardaşımla evdən çıxıb, getdik ora. Havada təhlükə hiss olunurdu ki, qoşunlar şəhərə yeridiləcək. Ancaq inanmırdıq ki, sovet əsgərləri dinc əhalini güllələyəcək – axı, onda biz hamımız “sovet xalqı” idik…
Əlbəttə, kütlə arasında iğtişaşçılar və təhrikçilər var idi. Şayiələr yayırdılar ki, “İran sərbazları”, “Türk əsgərləri” gələcək, imdadımıza yetəcək, bizə arxa-dayaq duracaqlar.
Camaata – əli yalın, dinc əhaliyə – “Heç yerə getməyin, tankları, ordunu daşla qarşılamaq lazımdır, əliniz altına nə gəldi – vurun başlarına!” deyirdilər. Qoşunların qanlı yürüşə başlamasına yarım saat qalmış isə onlar qəflətən aradan əkilib, harasa “buxarlandılar”.
Bir il sonra isə həmin “qəhrəman”-iğtişaşçılar hakimiyyətə gəlib, yüksək postlar tutdular.
Atəş açıldı, insanlar qaçmağa başladılar. Eləcə də mən və qardaşım… Çox dəhşətli idi, çünki bizim nəsil müharibə nədir bilmirdi. Növbəti gün isə pəncərəmizə artıq tank lüləsi baxırdı…
Səhər atamla çörək almağa çıxdıq. “Salyan kazarması”nın yanından “Xəzər” kinoteatrı, “Kaspar” xəstəxanası və “Olimp” mağazasına doğru gedirdik.
Tankın əzdiyi təcili yardım maşınını, asfaltın üzərində qan izlərini gördük… Qar yağırdı və buna görə, 20 yanvar günü baş vermiş bu cinayətin, vəhşiliyin izlərini ayırd etmək qeyri-mümkün idi. Yanlarından keçdiyimiz binaların, evlərin, demək olar ki, hamısının şüşələri sındırılmış, divarları güllələrlə deşilmişdi.
Daha sonra dəfnlər başladı… Şayiələr gəzirdi ki, ölənlər o qədər çoxdur ki, cəsədlərin bir hissəsi Xəzər dənizinə atılıb.
Mənə indi də, illər keçəndən sonra da, bu haqda danışmaq çox çətindir. Bu qorxunc faciə hələ də yaddaşımda yaşayır. Hər şey göz önünə gəlir, sanki bütün bunlar dünən gecə olub…
Qərənfilləri də məhz o zamandan sevmirəm…

İbrahim Nəbioğlu – Jurnalist

Rus tanklarına sipər olan Azərbaycan xalqı…27 il keçdi, amma hələ də dostu düşməndən ayırd edə bilmirik…Şəhidlərimizə Tanrıdan rəhmət diləyirəm.

İlkin Mustafayev- Jurnalist

Bizim vətənpərvərliyimiz adi günlərdə 30-40 qəpiyə satılan qərənfilləri 20 Yanvar günü 1 manata satacaq qədərdir. 

Təhminə Çələbi- Psixoloq

Damarında, ürəyində,dilində Azadlıq deyən bu insanlarla eyni ildə var olmaq şərəfdi… Sizdən birdə olmayacaq. Allah rəhmet etsin.

Qismət Rüstəmov – Şair Esseist

Güllələr şənləndi:
Adamlar mərmər oldu,
Çiçəklər çələng.

Rahil Sayadoğlu – Teleaparıcı

Yox e “1 günlük vətənpərvər oluruq, sonra deyib gülürük” nə deməkdi ki? Başqa necə olur ki? Başqa xalqlar necə edir ki? Bunu deyən adamın özü iyulda, apreldə, noyabrda qərənfil şəkli paylaşır, yas saxlayır? Hamı həmin gün yad edir də. Bu irad hansı məntiqə sığır görəsən?
Söhbətə bax: “Yenə 1 günlük yas saxlayırıq, sabahdan hamı öz kefində olacaq” Yaxşı, sabah da matəm edək, biri gün də. Bəs sonra? Matəmin neçə gün davam etdirilməsinin mənəvi sərhəddini kim müəyyən edir ki? Yəni hansı gündən sonra adi günə qayıda bilərik görəsən?

Emil Rza – Tarixçi

Mixail Qorbaçov özünün yazdığı “Həyat və islahatlar” kitabındakı memuralarında sovet ordusunun 20 yanvarda Bakıya qanlı müdaxiləsi barədə belə yazırdı: “1990-cı ilin yanvarında çoxlu sayda bakılının həyatı yarımçıq qırıldı. Bu ağırdır, çox ağırdır.Bu faciəli hadisədən dərs götürdüm. Hakimiyyət ekstremal situasiyada güc tətbiqindən imtina edə bilməz. Ancaq bu aksiya mütləq olaraq əsaslandırılmalı və çox sərt tədbirlərlə bağlı addım məhdudlaşdırılmalıdır. Problemin həlli yalnız siyasi yolla tapılmalı idi…”
Tarix unudulmur… Allah bütün şəhidlərimizə rəhmət eləsin…

İlqar Atabəyli

20 yanvarı bizdən gizlədilər. o vaxt Pribaltikada əskər idim. Xüsusi təyinatlıların 80-faizi elə yaxınlıqdakı hərbi hissədən aparılmışdı Bakıya,sonradan bildik. Elit dəstə, yetimlər, “Parusnı morskoy pexota”.Biz isə hadisəni 1 fevralda bildik, bazarda alver edənl azərilər hərbi hissəyə Səhər qəzeti gətirdilər. Xəbər sürətlə yayıldı, başqa briqadalara, hissələrə..düz Vladivastoka kimi. Kütləvi qaçış, ermənilərlə atışmalar oldu. Sonda həm bizdən həm ermənidən silah alındı. İğtişaşları yatırmaq üçün dilə tuturdular, şərait yaradıldı ki, əskərlər evlərinə zəng edib ailələrinin vəziyyətlərin öyrənsinlər, pulsuz zəng. Zabitlərdən biri azərbaycanlılara söymüşdü. 3 fevralda xüsusi idarə onu qandallayıb apardı. Bizi ən çox müdafiə edən dağ yahudisi olan zabit idi-Yusupov. Məhz Yusupovun raportu ilə həmin zabit həbs edildi…

Mete Türksoy

20 yanvarın matəm kimi qeyd olunmasına qarşıyam.
Ən təmtəraqlı bayramlardan belə təmtəraqlı formada, coşğulu formada keçirilməsinin tərəfdarıyam.
Düz əməlli tək-tük mübariz günlərimizdən biridir, onu da xalqın beyninə matəm kimi yeridiblər.
O şəhidlər ölmədi ki, bizlər matəm edək, onlar şəhid oldular ki, bizlər azad olaq, mübariz olaq müstəqil formada yaşayaq, dünyaya tanınaq.

Samir Hasanov

20 Yanvar şəhidlərimizin əsas qatilləri Qorboçev və Yazov… Belə görünür ki, bu dünyada mühakimə olunmayacaqlar. Hətda Qorboçev “xidmət”lərinə görə Nobel mükafatı belə aldı… Mühakimə İlahi ədalətə qaldı.