Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Buffon: “İspaniya sadəcə bizdən güclü olduğunu göstərdi”

05.03.2020 11:26
2018 DÇ seçmə mərhələsində G qrupunda mübarizə aparan İspaniya və İtaliya “Santiago Bernabeu”da münasibətlərini aydınlaşdırıb. Meydan sahibləri “Scuadra Azzurra”nə 3 cavabsız qolla məğlub edərək mundiala vəsiqəsini böyük ölçüdə təmin edib. Goal.az xəbər verir ki, matçdan sonra italyanların qolkiperi Canluici Buffon matç haqqında fikirlərini bölüşüb.

“Mənə görə, İspaniyanın uzun illər ərzində sınaqdan çıxarılmış oyun tərzi və özünəinamı var. Bu oyun üslubu fərdi futbolçuların ustalığı ilə vəhdət təşkil etməklə onları möhtəşəm komandaya çevirir. İspanlar oxşar taktika ilə çoxdan oynadıqlarına görə nə etdiklərini gözəl bilirlər. Bu cür effekti yalnız təcrübə, uzun illər birgə oyun və qələbələr göstərə bilər. İtaliya özündən güclü rəqiblə qarşılaşdı. İspaniya sadəcə bizdən güclü olduğunu göstərdi”.

Об этом сообщает Руспрес