Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Messi: “Ronaldu ilə dost olacağıma inanmıram”

05.03.2020 11:26

“Barselona”nın hücumçusu Lionel Messi “Real”ın futbolçusu Kriştinu Ronaldunun gələcəkdə dost ola biləcəkləri barədə söylədiyi fikirlərə münasibət bildirib.

Об этом сообщает Руспрес

A24.Az qol.az-a istinadən bildirir ki, “Marca” nəşrinə verdiyi geniş müsahibədə argentinalı ulduz jurnalistin bununla bağlı sualını da cavablandırıb.

O qeyd edib ki, Ronaldu ilə dost olacağını düşünmür: “İnanmıram ki, bu baş versin. Dostluq birgə vaxt keçirməklə və bir-birini yaxından tanıyandan sonra yaranır. Bizim isə heç bir münasibətimiz yoxdur. Meydandan kənarda yalnız tədbirlərdə görüşürük və orada söhbət edirik. Bizim münasibətlərimiz qaydasındadır. Amma həyatda yolumuz kəsişməyib”.