Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Məsud Özil ümrə ziyarətindən danışdı

05.03.2020 11:26

Məsud Özil İngiltərənin “Daily Mail” qəzetinə verdiyi müsahibədə, Almaniyada uğradığı ayrı-seçkilik və keçən il etdiyi ümrə ziyarəti ilə bağlı şərh verib.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, uşaqlığında Almaniyada böyük bir klubun seçmələrinə getdiyini deyən 28 yaşlı futbolçu yaşadığı ayrı-seçkiliyə dair bunları qeyd edib:
“Girdiyim seçmələrində ən yaxşılardan idim. Yüzdə yüz seçiləcəyimi düşünürdüm, amma elə olmadı. Klubdan “sənin əvəzinə başqa birini seçdik. Bir həftə daha gözləməlisən” cavabını aldım. Bu 3-4 dəfə başıma gəlincə yaşadığım ayrı-seçkiliyin fərqinə vardım. Atamdan bunun səbəbini sorşanda o, mənə ‘Məsud, seçilməməyin istedadınla bağlı deyil. Bu, Türk kökünlə və adının Məsud olmasıyla əlaqədardır” cavabını verdi. İndi necədir bilmirəm, amma o dövr Almaniyada daha qatı bir durum var idi. Başıma gələnləri böyüdükcə daha yaxşı anlayıram. ”

Təcrübəli futbolçu keçən il getdiyi ümrə ziyarətinin fotoşəkilini sosial mediada paylaşmasıyla əlaqədar Almaniyada tənqid olunduğunu deyir. “Şişirdildiyini düşünürəm. Bir Müsəlman olaraq ora getməli və bu təcrübəni yaşamalıydım. Mənim üçün möcüzə bir təcrübə idi. Təkrar etmək istəyirəm. Fotoşəkili paylaşdım, çünki bir çox tərəfdar paylaşmamı istədi. Bu mənim inancımdır. Amma buna görə tənqid olundum”.