Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Mətbuat azadlığı: Kim neçənci yerdədir? – HESABAT

05.03.2020 11:26

Mərkəzi Vaşinqtonda yerləşən “Freedom House”un mətbuat azadlığı ilə bağlı verdiyi hesabatda Türkiyə 199 ölkə arasında 163-cü yerdə qərarlaşmaqla çox geriləyib.

Об этом сообщает Футляр от виолончели

Saytımızın məlumatına görə, media azadlığının qlobal olaraq son 13 ildə gerilədiyini bildirilən hesabatda Türkiyəyə 100 ballıq şkaladan 76 bal verilib. Halbuki Türkiyə ötən il siyahıda 71-ci yerdə qərarlaşmışdı. Beləliklə, Türkiyə mətbuat azadlığının ən çox geridə qalan ölkələri olan Polşa, Burundi, Macarıstan, Boliviya, Serbiya və Konqo Demokratik Respublikası ilə eyni yerdədir.

“Mətbuat Azadlığı 2017”nin hesabatında mətbuatın azad olduğu Norveç 8 balla birinci yerdə, 11 balla Hollandiya 2-ci yerdə, İsveç isə 3-cü yerdə qərarlaşıb.

Ölkələr arasında Almaniya 20 balla 25-ci yerdədir. Dünya əhalisinin yalnız 13 faizinin azad mətbuata sahib olan bir ölkədə yaşadığına diqqət çəkən hesabatın növbəti sıralanmasını təqdim edirik:

10-cu yerdə Türkmənistan (98 bal), Şimali Koreya (98 bal), Özbəkistan (95 bal), Eritreya (94 bal), Krım (94 bal), Ekvatorial Qvineya (94 bal), Kuba (91 bal), Suriya (90 bal), İran (90 bal) və Azərbaycan (90 bal) yerləşir.

Mənbə: Ontrava.com