Mətənat Əsədovadan efirdə keçmiş əri haqda ETİRAF: “Anasının, atasının ayağının altında palaz idim” – VİDEO
05.03.2020 11:26Tanınmış müğənni Mətənat Əsədova efirdə keçmiş əri haqqında danışıb.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, “Səhər-Səhər” verilişinin qonağı olan müğənni Mətənat Əsədova şəxsi həyatı haqqında etiraflar edib. Aparıcı Elgiz müğənniyə özəl həyatı haqqında sual verib. Müğənni cavab olaraq ilk dəfə həyat yodaşı haqqında efirdə açıqlama verib.
“O məni gördü, mən onu gördüm bu qədər. Nə sevgi ola bilər axı 10 günün içində? Bəlkə də, o, sevirdi məni bilmirəm. Hər halda məni istəməsə, evlənməzdi. Onunla nişanlı vaxtı o qədər toyum olurdu ki, heç onunla “dodaq tərpətməyə”, çay içməyə vaxtım olmurdu. Toyumuzda oturanda gülməyim gəlirdi. Yad gəlirdi mənə oğlan. Oğlanın dediyinə görə dərdimdən ölürdü. Daha sonra evdəki bütün işçilərim getdi. Mətbəxə özüm girdim. Əlim qolum yağ içində yandı, təşəkkür edən olmadı. İnana bilmirdi ki, bütün hər şeyi mən hazırlamışam. Kişinin kişi xarakteri olar. Sözünü deyər, əlini masanın üstünə vurar. Kaş ki, elə biri olaydı. Alardı, gətirərdi deyərdi otur evdə, oxuma. Mən dünəndən razı. Məndən az qazanırdı, bəlkə də ona pis gəlirdi ki, mən gedib toylarda ondan çox pul qazanıram. İnamsızlıq var idisə, ona hər zaman deyirdim ki, hara gedirəmsə, mənimlə gəl. Heç vaxt o insanın xasiyyətini başa düşə bilmədim. Mən onun anasının, atasının ayağının altında palaz idim”,-deyərək müğənni etiraf edib.
A24.Az həmin videonu təqdim edir:
Minirə Qubatova//A24.Az

