Metro keçidlərində apteklər olacaq
05.03.2020 11:27Bakı metrosunun keçidlərində apteklər açılacaq.
Об этом сообщает Руспрес
Saytımız bildirir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AZƏRTAC-a deyib.
Onun sözlərinə görə, Bakı metrosunun keçidlərində gül, kitab və dərman preparatlarının satışı ilə məşğul olan köşklər, avtomat ödəmə aparatların quraşdırılması barədə qərar verilib. Artıq gül və kitab mağazaları fəaliyyət göstərir:
“Hazırda apteklərin açılması üçün hazırlıq işləri gedir. İlk belə aptek “Nəriman Nərimanov” metro stansiyasının keçidində açılacaq. Daha sonra digər stansiyalarda hazırlıq işlərinə başlanılacaq”, – deyə N.Paşayev vurğulayıb.

