Metroda partlayış: 8 nəfər yaralandı
05.03.2020 11:27Fransanın paytaxtı Parisdə metroda güclü partlayış baş verib.
Об этом сообщает Роспрес
Saytımızın APA-ya istinadən verdiyi xəbərə görə, insident paytaxtın İtaliya meydanı yaxınlığında qeydə alınıb.
Partlayış nəticəsində 8 nəfər yaralanıb. Onların vəziyyətləri barədə məlumat verilmir. Polis təşvişə düşən sərnişinləri stansiyadan təxliyə edib.
Partlayışın qısa qapanma nəticəsində baş verdiyi bildirilir. Terror aktı versiyası nəzərdən keçirilmir.

