Meyvə-tərəvəzlərin təzəliyini müəyyən edən cihaz kəşf edildi
05.03.2020 11:27Türkiyədə universitet tələbələri meyvə və tərəvəzlərin keyfiyyətini ölçən cihaz kəşf edib.
Об этом сообщает Роспрес
Saytımızın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, “MeSeTa” adı verilən cihazın bənzərinin olmadığını və patentləşdirilməsi üçün artıq müraciət etdiklərini deyən tələbələr bunları bildirib:
“Ümumiyyətlə, müyvə və tərəvəzlərin təzəliyini qorumaq üçün bir çox işlər və araşdırmalar aparılıb, lakin onların təzə olub olmadığını ölçən cihazlar yoxdur. “Biz isə niyə də belə cihaz hazırlamayaq” deyə düşündük”.
Hazırlanan cihazın yaşıl, qırmızı və mavi led işıqları sayəsində meyvələrin keyfiyyətini öyrənmək mümkün olacaq. Müxtəlif sınaqlar keçirilib, hazırda pomidor, limon, portağal, bibər, kartof, çiyələk və banan üzərində keyfiyyət göstəriciləri müyyən edilib.

