Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Meyxanaçılar Elzanı lağa qoydu: “İ-ha-ha-ha-nı eləyə bilmək üçün gərək kənddə olasan” – VİDEO

05.03.2020 11:27

Həftə içi hər gün “Xəzər Tv”-də canlı yayımlanan “5-də 5” verilişində meyxanaçılarla Elza Seyidcahan arasında anlaşılmazlıq yaşanıb.

Об этом сообщает Футляр от виолончели

Saytımız xəbər verir ki, Elza Seyidcahan verilişdə bacısı ilə birlikdə iştirak edib. Daha sonra Zaur Kamal verilişə 3 meyxanaçını – Namiq Məna, Vüqar Əbdülov və Ələkbər Yasamallını dəvət edib.

Zaur Kamalın bundan əvvəlki buraxılışlarından birində qonaq olan müğənni Elza Seyidcahan Mikayıl Müfiqin “Yenə o bağ olaydı” kompazisiyasını meyxanaçılarla birlikdə qeyri-adi üsulla ifa etmişdi. Həmin kompozisiyasında qəhqəhə çəkən müğənnidən yenə də verilişə dəvət edilən 3 meyxanaçı ilə birlikdə həmin kompozisiyanı oxuması istənilib. Lakin meyxanaçı Ələkbər Yasamallı buna kəskin etiraz edib və səsləndirdiyi fikirlərlə diqqət çəkib:

“Mən şəxsən eləyə bilmərəm. Onun üçün məşq lazımdır, i-ha-ha-ha-nı eləyə bilmək üçün işi-gücü atıb 4 ay kənddə qalmaq lazımdır. Bəlkə təbiət havasında onu eləyə bildim”.

Elza Seyidcahanın isə meyxanaçının fikirlərini cavablandıran zaman səhv anladığı onu səhv anladığı ortaya çıxıb:

“Şəhərdə o qədər i-ha-ha-ha eləyənlər var ki, vallah, onlar kənddəkilərdən də yaxşı bacarırlar. Sadəcə kənddəkilər səmimidirlər deyə, onlarda çox gözəl alınır. Axı, o heyvan səsi deyil, o qəhqəhədir. Siz deyirsiz ki, o səsləri çıxartmaq üçün insan kənddə qalmalıdır ki, heyvan səsi çıxartsın”.

Saytımız verilişdən olan videogörüntüləri təqdim edir: