Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Microsoft bu əməliyyat sisteminin fəaliyyətini dayandırdı

05.03.2020 11:27

“Microsoft” şirkəti 10 il əvvəl istifadəyə verilmiş “WindowsVista” əməliyyat sistemini bundan sonra dəstəkləməyəcək.

Об этом сообщает Роспрес

“The Verge” saytının  verdiyi xəbərə görə, istifadəçilər əməliyyat sisteminin yenilənməsinə dair heç bir bildiriş gəlməyəcək. Əvəzində onlara “Windows”un ən son versiyasından istifadə etmək təklif ediləcək.

“Kompüterlər “Vista” ilə işləməyə davam edirlər. Ancaq onların sahibləri özlərini yüksək riskə atırlar. Şirkət həmçinin “Internet Explorer 9″ brauzerindən də istifadəni tövsiyə etmir”, – məlumatda deyilir.

“Windows Vista” 2007-ci ilin yanvar ayında istismara verilib. “Microsoft” bu əməliyyat sistemini ambisiyalı layihə kimi təqdim etmişdi və onun üçün xüsusi olaraq “Windows Future Storage” (WinFS) fayl sistemi hazırlanmışdı.

Buna baxmayaraq, istifadəçilər “Vista” əməliyyat sistemini tənqid edirdilər. Biznes-müştərilər şirkətin bu əməliyyat sisteminin lisenziyası üçün tələb etdiyi tarifi məqbul hesab etməmişdilər. Fərdi istifadəçilər isə sistemdə lüzumsuz artıq funksiyaların olması, habelə notbukun enerjisinin tez bitməsi amillərdən narazılıq edirdilər. (Report)