Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Millət vəkili insult keçirən bəstəkarı ziyarət etdi

05.03.2020 11:27

A24.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva bəstəkar Tahir Əkbəri xəstəxanada ziyarət edib. O, bəstəkarın vəziyyətinin ağır olaraq qaldığını qeyd edib.

Об этом сообщает Футляр от виолончели

“Bu gün böyük bəstəkarlarımızdan Tahir Əkbəri 1 saylı Klinik Tibbi Mərkəzdə dəyərli sənətçimiz və əziz dost Aybəniz xanımla birlikdə ziyarət etdik. Hər zaman ailənin yanında olan dəyərli Aybəniz xanıma təşəkkür edirəm ki, onları heç zaman yalnız buraxmır. Aybəniz xanım və Tahir müəllimin əziz həyat yoldaşının da iştirakı ilə xəstəxananın baş həkimi Ədalət müəllim və həkimlərlə geniş söhbətimiz və müzakirələrimiz oldu. Təssüf ki, işemik insult Tahir müəllimin sol beyinciyinin böyük bir hissəsinə ciddi zərər vurub. Nəzərə alsaq ki, bu, onun keçirdiyi 3-cü insultdu və bundan başqa beyində 2 dəfə də ciddi proseslər baş verib, vəziyyət ağır olaraq qalır.

Amma həkimlər əllərindən gələni edirlər ki, Tahir müəllim yaşasın və sağalsın. Baş həkim Ədalət müəllim bildirdi ki, Tahir müəllim dəyərli bəstəkarlarımızdandır, ziyalımızdır və hamımız onun yaşaması və sağalması üçün əlimizdən gələni edəcəyik, bütün tibbi imkanlardan istifadə olunacaq. Həkimlərlə də geniş müzakirələr oldu və onlar da belə vəziyyətdə zamana böyük ehtiyac var dedilər. Əvvəlcə xəstənin vəziyyətini stabilləşdirib saxlamaq və müalicənin davamlılığını təmin etməklə əlimizdən gələn dəstəyi edəcəyik dedilər. Çünki Tahir müəllim qan təzyiqi və şəkər xəstəliyindən də əziyyət çəkir. Aybəniz xanım dedi ki, dünən səhər xəstəxanaya gətirilənlə müqayisədə Tahir müəllimin vəziyyəti daha yaxşıdır. Çünki dünən səhər onu tanımayıb. Amma bu gün Aybəniz xanımı da, məni də tanıdı”.

Q.Paşayeva Birinci vitse-prezident Mehriban Əliyevaya Tahir Əkbərin xəstəxana xərclərinin qarşılanması ilə bağlı tapşırıq verdiyinə görə təşəkkür edir:

“Tahir müəllimin və ailəsinin yanıda olan əziz ailəsinə, Aybəniz xanıma, xəstəxananın həkimlərinə və baş həkim Ədalət müəllimə, özəlliklə ziyalılarımıza hər zaman dəstək olan dəyərli Mehriban xanıma təşəkkür edirəm. Tahir müəllim hər zaman sadə həyat yaşayıb. Qızının təhsil haqqını ödəmək üçün iki otaqlı evni satıb, bir otaqlı ev alıb, amma başqalarına bunu söyləməyib. Mənə də bu gün söylədilər və çox üzüldüm.

Tahir müəllim Azərbaycan musiqi mədəniyyətinə çoxlu gözəl və xalqımız tərəfindən çox sevilən əsərlər bəxş edib. Çox sayda tanınmış sənətkarlarımız oxuyub onun əsərlərini və onlar hər zaman seviləcək. Bu gün onu xəstə görməkdən çox təsirləndim, üzüldüm. Dualarınızı gözəl bəstəkarımızdan əksik etməyin. İnanırıq ki, dövlətimiz, dəyərli mütəxəssislərimiz Tahir müəllimin sağalması üçün bundan sonra da gərəkli bütün addımları atacaq və o, sağalaraq xalqımız üçün gözəl əsərlər yaratmaqda davam edəcək.

Allah yardımçısı olsun və onu tezliklə yenə də gözəl əsərlərini təqdim edən görək”.

Xatırladaq ki, Əməkdar İncəsənət Xadimi Tahir Əkbər bir neçə gün öncə insult keçirərək 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.