Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Milli idman oyunlarımızın təbliği” adlı layihə başa çatdı

05.03.2020 11:28

Azərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fondunun maliyyə dəstəyi ilə Oğuz rayonunda “Milli idman oyunlarımızın təbliği ”  adlı layihənin icrası başa çatmışdır. Layihə Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsinin fərdi şəxslər üçün olan kateqoriya üzrə qalib olmuş Musayev Fərid Xəqani oğlu tərəfindən Oğuz rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə icra olunmuş, 25 sentyabr 2016-cı il tarixdən etibarən həyata keçirilərək 3 ay müddətində davam etmişdir.

Об этом сообщает Руспрес

Layihənin əsas məqsədi rayonun kənd məktəblərindən olan yuxarı sinif şagirdləri arasında, tariximizi, milli mənəvi dəyərlərimizi təbliğ edən, xalqımızın idman keçmişindən xəbər verən milli idman oyunlarımızın təbliğ edilməsi, seçilmiş milli idman oyunlarının – oğlanlar arasında “Çalağançardağı”, qızlar arasında  “Xıy-xıy” milli idman oyunlarının rayon məktəbliləri arasında idman yarışının keçirilməsi olmuşdur.

Layihə çərçivəsində nəzərdə tutulan maarifləndirmə tədbirləri rayonun nisbətən böyük məktəblərində keçirildikdən sonra Oğuz rayon Olimpiya İdman Kompleksində 29 noyabr 2016-cı il tarixdə baş tutmuşdur. Yarışı giriş sözü ilə layihənin rəhbəri Fərid Musayev açaraq, layihə və yarışın keçirilməsi haqqında ətraflı məlumat vermişdir. Daha sonra Oğuz rayon Gənclər İdman İdarəsinin rəisi Ramiz Mahmudov çıxış edərək Oğuz rayonunda ilk dəfə olaraq qədim xalq oyunlarımızı təbliğ edən yarışın keçirildiyini bildirmiş və yarış iştirakçılarına uğurlar arzulamışdır. Yarışın sonunda qalib gələn komandalara Oğuz rayon Gənclər və İdman İdarəsinin Diplom və şəhadətnamələri həmçinin qiymətli hədiyyələr təqdim olunmuşdur.