Milli Kitabxanadan kitab dəstəyi verilir
05.03.2020 11:28Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan Milli Kitabxana Türkiyə daxilində kitabxanalara 117 min 500, ölkə xaricinə isə 46 min 560 kitab paylayacaq.
Об этом сообщает Руспрес
Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Türkiyənin Milli Kitabxanasının sədri Zülfi Toman bu haqda açıqlama verib.
Aparılan işlər çərçivəsində təqribən 46 min 560 kitabın ölkə xaricində olan kitabxanalara göndərildiyini dilə gətirən Toman “ Xarici ölkələrin kitabxanalarına 14 min əsər göndərilib ki, bunlar arasında Almaniya, Moldova, Litva, Yaponiya, Koreya, Kosova, Bosniya Hersoqovinya, Azərbaycan, Pakistan kimi ölkələr var” deyə qeyd edib.
Firuzə Alimova / MTM

