Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Milli Məclisin deputatlarının ixtisasları nələrdir? – ARAŞDIRMA

05.03.2020 11:28

Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan təşkil olunub. Onların əsas vəzifəsi millətin vəkili olmaq və xalqın problemlərini həll etməkdir.

Об этом сообщает Руспрес

Bundan əvvəl nazirlərin və digər yüksək vəzifəli məmurların ixtisaslarını araşdıran A24.Az bu dəfə Mili Məclisin deputat mandatlılarının əsas ixtisaslarını araşdırıb. Onlardan bəzilərini sizə təqdim edirik:

Aqil Abbas Məhəmməd oğlu

1970-1976-cı illərdə Azərbaycan Dillər Universitetinin filologiya fakültəsində təhsil alıb. İxtisasca filoloqdur.

Abdullayev Rövnəq İbrahim oğlu

1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Sənaye və mülki tikinti” fakültəsinə daxil olub.  1985-ci ildə köçürmə yolu ilə V.V. Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutuna göndərilib.

Axundova Elmira Hüseyn qızı

Bakı xoreoqrafiya məktəbi yanında ümumtəhsil məktəbini bitirdikdən sonra şəhər 3 saylı texniki məktəbində stenoqrafiya ixtisasına yiyələnib. 1976-cı ildə ADU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Amaşov Əflatun Amaş oğlu

1979-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsinə daxil olub. 1984-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

Rəcəbli Hadi Musa oğlu

Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirib.
Aslanov Novruzəli Davud oğlu
Azərbaycan Politexnik İnstitutunun avtomatika və elektron-hesablayıcı texnika fakültəsini bitirib.
Cəfərov Nizami Qulu oğlu
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
Əliyeva Mehriban Arif qızı
1982-ci ildə  Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
 Əsədov Oqtay Sabir oğlu
Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Maşınqayırma texnologiyası fakültəsini bitirib.
Hüseynli Əli Məhəmməd oğlu

1987-ci ildə Kalinin Dövlət Universitetinin hüquq fakultəsinə daxil olub. 1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Hüquq elmləri doktorudur.

Xanlarova Zeynəb Yəhya qızı

1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbi, 1961-ci ildə isə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib.

Mahmudov Yaqub Mikayıl oğlu

1962-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1966-cı ildə aspiranturanı başa vurub və “Ağqoyunlu dövlətinin Venesiya Respublikası ilə qarşılıqlı əlaqələri (XV əsrin 60-70-ci illəri) mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Mirələmov Hüseynbala Fazil oğlu

Azərbaycan Politexnik İnstitutunun sənaye və mülki tikinti fakültəsini bitirib.

Mirzəzadə Aydın Böyükkişi oğlu

1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat fakültəsinə qəbul olunub və 1980-ci ildə buranı inşaatçı-mühəndis ixtisası ilə bitirib.

Muradov Fuad Rauf oğlu

2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının su təminatı və idarəetmə fakültəsini bitirib. 2000-2002-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında TEMPUS proqramı çərçivəsində ” sənayedə ətraf mühitin qorunması” ixtisası üzrə magistr dərəcəsini alıb.

Muradova Bahar Əvəz qızı

Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini və Azərbaycan Universitetinin Hüquq fakültəsini bitirib

Mustafa Fazil Qəzənfər oğlu

1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Nəsirov Elman Xudam oğlu

1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin(BDU) tarix fakültəsində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib. 1995-2000-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dissertantı olub. 1992-1994-cü illərdə Azərbaycan Dillər Universitetində iki illik ingilis dili kursunda təhsil alıb və fərqlənmə sertifikatı ilə bitirib. 1995-2003-cü illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında çalışıb. 2001-ci ildə “Azərbaycan-ABŞ münasibətləri: 1991-1997-ci illər” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi, alimlik elmi dərəcəsi alıb. “ABŞ və beynəlxalq terrorizm problemi” mövzusunda doktorluq dissertasiyası üzərində işi başa çatdırıb.

Orucov Zahid Məhərrəm oğlu

Orta məktəbi yüksək qiymətlərlə bitirdikdən sonra 1989-cu ildə Azərbaycan Texniki Universitetinə qəbul olub və 1994-cü ildə ali təhsilini əla qiymətlərlə başa vurub. Peşəsi siyasətçidir.

Paşayeva Qənirə Ələsgər qızı

Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.

Səmədzadə Ziyad Əliabbas oğlu

1961-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1962-1965-ci illərdə SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil alıb və elə həmin institutda namizədlik dissertasiyası müdafiə edib.

1971-ci ildə Ziyad Səmədzadə 31 yaşında dissertasiya müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsi alıb. O, keçmiş SSRİ məkanında ictimai elmlər sahəsində bu yüksək elmi ada layiq görülən ilk alimlərdəndir. 1977-ci ildə ona professor adı verilib.

Şahverdiyev Astan Nuşrəvan oğlu

1964-cü ildə Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olub və 1970-ci ildə İnstitutu müvəffəqiyyətlə bitirib. 1978-ci ildə Azərbaycan Texniki Universitetinin aspiranturasına daxil olub və 1981-ci ildə İstilik fizikası üzrə namizədlik dissertasiyası müdafiə edib. 1982-ci ildə müsabiqə yolu ilə Azərbaycan Texniki Universitetinin «İstilik texnikası və istilik qurğuları» kafedrasına assistent vəzifəsinə seçilib. Elmi fəaliyyətini davam etdirərək 1992-ci ildə Moskva Energetika İnstitutunda doktorluq dissertasiyası müdafiə edib, texnika elmləri doktoru alimlik dərəcəsi və 1994-cü ildə professor elmi adı alıb. 1995-ci ildə Nyu-York elmlər akademiyasının həqiqi üzvü seçilib.

İlhamə Sultan