Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Milli mətbəximiz Türkiyədə – Azərbaycanlı tələbələrin “Yahşi” kafesindən

05.03.2020 11:28

Ankaranın mərkəzində Azərbaycan yeməklərinin təqdim olunduğu “Yahşi” kafesi fəaliyyət göstərir.

Об этом сообщает Футляр от виолончели

A24.Az xəbər verir ki, Azərbaycan mətbəxinin bütün təamlarını bu kafedə görə bilərsiniz. Maraqlı məqam, “Yahşi” kafedə yeməkləri Azərbaycandan gələn aşbaz xanım hazırlayır, azərbaycanlı tələbələr isə qonaqlara təqdim edir. Bura Azərbaycandan gətirilən mixəkli, hilli, kəklikotulu çayın mürəbbəylə içildiyi, qısası, Azərbaycandan uzaq Azərbaycan yeməklərinin azərbaycanlılar və yerli sakinlərə təqdim edildiyi yerdir.

Azərbaycanlı tələbələrin açdığı bu kafeyə məhşurlarımız da baş çəkərək dəstək olublar.

Azərbaycan abu-havalı kafedə Azərbaycanın xalq, klassik və müasir mahnıları, rəqslərinin sədaları altında çay içmək, yemək yemək, bir sözlə, Azərbacandan uzaqda Azərbaycanı yaşamaq mümkündür .

Brilyant Rəsulova // A24.Az