Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Milli Parkda yanğın

05.03.2020 11:28

Lənkəran rayonu Biləsər İcra nümayəndəliyinin Alazəpin kəndi ilə Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 31 saylı dolayının 37-ci kvartalının sərhəd ərazilərində ucqar sahədə yanğın hadisəsi baş verib.

Об этом сообщает Футляр от виолончели

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən məlumata görə, yanvarın 12-si saat 20 radələrində baş verən yanğının söndürülməsinə nazirliyin əməkdaşları və kənd sakinləri cəlb olunub, qısa müddət ərzində yanğın tam lokallaşdırılaraq söndürülüb.

Naməlum səbəblərdən baş verən yanğın nəticəsində tökülmüş quru xəzəl və çürüməkdə olan oduncaq qalıqları yanıb, yanğının ağaclara keçməsinin qarşısı alınıb.

Hazırda yanğın baş vermiş əraziyə Milli Parkın əməkdaşlarından təşkil edilmiş operativ qrup nəzarət edir.//APA//