Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

05.03.2020 11:28

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə orada orta təhsilini başa vurub. 

Об этом сообщает Футляр от виолончели

Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətə başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək erməni səngərinə hücum edib. Düşməni ağır itkilərə məruz qoyan Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.

19 iyun 2010-cu il tarixində Tərtər rayonunun Çaylı kəndi yaxınlığında şəhid olub. Düşmənlə aramsız danışıqlardan sonra onun meyitini geri almaq mümkün olub. Ölümündən sonra M.İbrahimova Milli Qəhrəman adı verilib.