Millimiz Şimali İrlandiyaya qarşı
05.03.2020 11:28DÇ-2018-in seçmə mərhələsində 6-cı turun oyunları keçirilir.
Milli komandamız da bu gün növbəti matçına çıxacaq.
Об этом сообщает Роспрес
Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız Bakıda Şimali İrlandiya millisini qəbul edəcək. Belfastdakı görüşdə bu rəqibinə 0:4 hesabı ilə uduzan komandamız qələbə qazanaraq, həm məğlubiyyətin əvəzini çıxmağa, həm də qrupdakı mövqeyini yaxşılaşdırmağa çalışacaq.
Bu qarşılaşma hazırda C qrupunda 4-cü pillədə olan millimiz üçün böyük əhəmiyyət kəsb edir. Mundiala vəsiqə qazanmaq üçün qrup ikinciliyini hədəfləyən komandamız üçün bugünkü görüşdə qələbə vacibdir.
DÇ-2006 və DÇ-2014-ün seçmə mərhələsində də millimizlə eyni qrupda yer alan Şimali İrlandiya yığması Bakıda qələbə qazanmayıb. Paytaxtımızda keçirilən son görüşdə – 2013-cü ilin 11 oktyabrında isə komandamız britaniyalıları 2:0 hesabı ilə məğlub edib.
10 iyun
DÇ-2018-in seçmə mərhələsi
C qrupu
20:00. Azərbaycan – Şimali İrlandiya
Hakimlər: Xavyer Estrada, Migel Martines, Teodoro Sobrino, Alexandro Ernandes
(Hamısı İspaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
22:45. Almaniya – San Marino
22:45. Norveç – Çexiya
| N | Komandalar | O | Q | H | M | T-F | X |
| 1 | Almaniya | 5 | 5 | 0 | 0 | 20-1 | 15 |
| 2 | Şimali İrlandiya | 5 | 3 | 1 | 1 | 10-2 | 10 |
| 3 | Çexiya | 5 | 2 | 2 | 1 | 8-4 | 8 |
| 4 | Azərbaycan | 5 | 2 | 1 | 2 | 3-8 | 7 |
| 5 | Norveç | 5 | 1 | 0 | 4 | 5-9 | 3 |
| 6 | San-Marino | 5 | 0 | 0 | 5 | 1-23 | 0 |

