Mingəçevirdə mühafizə polisinin avtomobili qəzaya düşdü: Xəsarət alan var
05.03.2020 11:28Mingəçevir şəhərində sükan arxasında səhhəti pisləşən sürücü qəza törədib.
Об этом сообщает Футляр от виолончели
A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Ş.İ.Xətai küçəsində baş verib.
Belə ki, şəhər sakini, 1990-cı il təvəllüdlü Nəcəf Vidadi oğlu Abdullayev “VAZ-2108” markalı avtomobillə hərəkətdə olarkən qəfil keçirdiyi qıcolma (sudurğa) səbəbindən idarəetməni itirib. Nəticədə maşın əks istiqamətdə hərəkətdə olan və Mingəçevir Şəhər Mühafizə Polisinə məxsus “VAZ-2106” markalı avtomobillə toqquşub.
Hadisə zamanı N. Abdullayev xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

