Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Mingəçevirdə qəza: 3 nəfər yaralandı

05.03.2020 11:28

Mingəçevirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Об этом сообщает Руспрес

A24.Az “Report”a istinadən xəbər verir ki, şəhərin Nizami küçəsi ilə hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarında duran “Mercedes”ə çırpılıb.

Nəticədə sürücü və yanındakı iki gənc sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yarası daha ciddi olan “VAZ”ın 1994-cü il təvəllüdlü sürücüsü, şəhər sakini Tural Oruc oğlu Qasımov xəstəxanaya çatdırılıb. Xəsarət almış digər iki sərnişin isə tibbi yardımdan imtina edərək, hələ ki, məlum olmayan səbəbdən dərhal hadisə yerindən uzaqlaşıb.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.