Mingəçevirdə yaşlı kişini maşın vuraraq öldürdü
05.03.2020 11:28Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Об этом сообщает Руспрес
A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə Heydər Əliyevprospektində, Sənaye parkı yaxınlığında qeydə alınıb.
“Lifan” markalı minik maşınının vurduğu təqribən 55-60 yaşlı kişi dünyasını dəyişib. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

