Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Mingəçevirlə Yaponiyanın Komatsu şəhərləri qardaşlaşdı

05.03.2020 11:28

Yaponiyanın Komatsu şəhərinin meri Şindji Vada başda olmaqla bir qrup nümayəndə heyəti Mingəçevirə səfər edib.

Об этом сообщает Футляр от виолончели

A24.Az “Report”a istinadən xəbər verir ki,un yerli bürosu xəbər verir ki, şəhər icra hakimiyyəti başçısı Niyazi Bayramov tərəfindən qəbul edilən qonaqlarla hər iki şəhərin qardaşlaşması barədə müzakirələr aparılıb.

N. Bayramov qonaqlara Mingəçevirin mövcud iqtisadi imkanları və mədəni potensialı barədə ətraflı məlumat verərək əməkdaşlığın dərinləşməsində maraqlı olduqlarını bildirib. Komatsu şəhərinin meri Şinji Vada Azərbaycanın Yaponiyadakı səfirindən Mingəçevir haqqında ətraflı məlumatlar aldığını bildirib. Onun fikrincə, hər iki şəhər arasında xeyli oxşarlıq var. Xüsusilə də Mingəçevir kimi Komatsuda da turizmə, təhsilə və su idmanına böyük maraq var.

Görüşdə həmçinin Kanazava Universitetinin müşaviri Hiroşi Yamamoto, Komatsu şəhərinin Beynəlxalq təşviqat idarəsinin baş direktoru Katsuşi Fuci, Komatsu Şəhər Şurasının sədri Toşikazu Umeda və digər şəxslər iştirak ediblər.

Müzakirələrdən və çıxışlardan sonra hər iki tərəf arasında əlaqələrin intensiv davam etdirilməsi qərara alınıb.

Yaponiyalı qonaqlar daha sonra Mingəçeviri gəzərək müxtəlif ünvanlara baş çəkib.