Miqrasiya Məcəlləmizə dəyişiklik xarici medianın diqqətində
05.03.2020 11:29Türkiyə mətbuatı vətəndaşlara xəbərdarlıq etdi
Об этом сообщает Футляр от виолончели
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə edilən son dəyişiklik xarici mətbuatın da diqqətini çəkib. Zira bu dəyişiklik ancaq xarici dövlətlərin vətəndaşlarına aiddir. Bu üzdən də xarici medianın gündəmindədir.
„a24.az“ xəbər verir ki, Azəzrbaycan Milli Məclisinin Miqrasiya Məcəlləsinə etdiyi son dəyişiklik barədə Türkiyənin „namehaber.com“ saytı yazıb.
Sayt bildirir ki, Azərbaycanda müvəqqəti yaşayış ünvanında qeydiyyata düşmə ilə bağlı qayda dəyişdirilib. Bunun üçün müəyyən edilmiş vaxt məhdudiyyətinə əməl etməyənlər isə cərimələnəcək və zərbaycana 5 il müddətində giriş yasağı tətbiq ediləcək.
Xatırladaq ki, Azərbaycan Miqrasiya Məcəlləsininn 21-ci maddəsinin (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması) 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında 3 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduqları yer üzrə qeydiyyata alınmalıydılar. Son dəyişiklikdən conra isə bu müddət 10 gün müəyyənləşdirilib.
Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (bundan sonra – “qəbul edən tərəf”) əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 10 gün (dəyişiklikdən əvvəl 3 gün) ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, poçt, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir (maddə 21.2).
Sayt Türkiyə vətəndaşlarına xəbərdarlıq qismində yazır ki, yeni dəyişikliklə müəyyən edilmiş müddətdə qeydiyyata düşməyən Türkiyə vətəndaşları ölkədən çıxışda 300-400 manat cərimə ödəyəcəklər. Ödəməyənlərə isə Azərbaycana 5 il müddətinə giriş qadağan olunacaq.

