Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Misir OPEK+ razılaşmasına qoşulmayacağını bəyan edib

05.03.2020 11:29

Misir neft hasilatının həcminin azaldılmasına dair OPEK və təşkilata üzv olmayan bir neçə digər ölkələr arasında imzalanan razılaşmaya (OPEK+) qoşulmamağı planlaşdırır.
A24.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin baş naziri Şərif İsmayıl bildirib.

Об этом сообщает Роспрес

“Misir OPEK+ sazişinə qoşulmayacaq, çünki ölkə demək olar ki, heç nə ixrac etmir, hasil edilən xammalın xeyli hissəsi yerli neft emalı zavodlarında istifadə olunur”, – deyə Şərif İsmayıl bildirib.

“İxrac olunan həcm diqqətəlayiq deyil və bazarlara təsir etmir. Tədarük həcmlərinin azaldılmasından danışılırsa, bu bir-iki mln. barel ixrac edən ölkələrə aid edilməlidir”, – deyə baş nazir qeyd edib.

Qeyd edək ki, OPEK və neft hasil edən bir sıra ölkələr 2016-cı ilin sonlarında neft hasilatının 1,8 milyon barel azaldılması barədə razılığa gəliblər. Razılaşma 6 ay üçün nəzərdə tutulub, daha sonra 2018-ci ilin martına qədər uzadılıb. Azərbaycan da bu razılaşmaya imza atıb.